Curiosity Mars rover "həyatın tikinti bloklarını" Marsda aşkar edib

Curiosity Mars rover "həyatın tikinti bloklarını" Marsda aşkar edib

21 Aprel 15:09
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın NASA kosmik agentliyinin Curiosity Mars roveri Marsda üzvi və kimyəvi maddələrin qarışığını, xüsusilə "həyatın tikinti bloklarına" bənzəyən 20 üzvi birləşmə aşkar edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Space.com” nəşri məlumat yayıb.

Florida Universitetinin (UFL) professoru Emi Vilyams bildirib ki, "İndi biz bu üzvi maddələrin mənbəyini, istər ekzogen (xarici proseslər-red.) istərsə də endogen (daxili proseslər-red.) olmasını anlamağa hazırıq". O qeyd edib ki, təxminən 3,5 milyard il əvvəl Marsın torpaqlarında mövcud olan üzvi birləşmələr planetdə həyatın mümkün izlərinə işarə edə bilər.

Kəşf, roverin Qeyl kraterinin Qlen Torridon bölgəsindən topladığı gil nümunələrindən birinin təhlili zamanı edilib. NASA-nın dördüncü Mars roveri olan Curiosity 2012-ci ildə orada eniş edib. O, xüsusilə, Marsın çöküntü süxurlarında benzol və propan molekullarının mövcudluğunun izlərini aşkar edib. Həmçinin, Qeyl kraterinin dibində bir vaxtlar şirin su gölünün mövcud olduğu müəyyən edilib. Planetdə tədqiqatlar aparmaq üçün rover Sample Analysis at Mars (SAM) cihazlar kompleksindən istifadə edir.

Almaz Həsənli