NASA Aya enişi təxirə sala bilər
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2028-ci ilə planlaşdırılmış Aya enişi təxirə sala bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyin baş auditorunun hesabatına istinadən məlumat yayıb.
Hesabata görə, təxirə salınmanın səbəbi "Axiom Space" şirkətinin skafandrlarının hazırlanmasında yaranan gecikmə ola bilər. Sənəddə qeyd olunur ki, NASA-nın ilkin planları "həddindən artıq optimist" olub, skafandrların hazırlanması isə qrafikdən ciddi şəkildə geri qalır. Yeni hesablamalara görə, əgər sınaq qrafiki tarixi orta göstəricilərə uyğun gəlsə, skafandrların nümayişi yalnız 2031-ci ildə baş tuta bilər.
"NASA-nın 2025 və 2026-cı illərdə müvafiq olaraq Ay və mikromühit skafandrlarının nümayişi ilə bağlı ilkin məqsədləri həddindən artıq optimist və qeyri-real idi. Hər iki növ skafandr qrafikdən ən azı bir il yarım geri qalır, çünki hazırda "Axiom" skafandrların nümayişinə 2027-ci ilin sonuna hazır olacağını planlaşdırır", - deyə hesabatda bildirilir.
Almaz Həsənli



















































































