İran hava limanı infrastrukturunun 95%-nin salamat qaldığını bildirib
İranın hava limanı infrastrukturunun təxminən 95%-i salamat qalır və fəaliyyətini davam etdirir. Oxuməni.az xəbər verir ki, bu barədə “Fars News Agency” agentliyi ölkənin Aviaşirkətlər Assosiasiyasının katibinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hərbi münaqişə fonunda belə İranın aviasiya sistemi əhəmiyyətli dərəcədə iş qabiliyyətini qoruyub saxlayıb ki, bu da uçuşların tədricən bərpa edilməsinə və daxili, həmçinin qismən beynəlxalq aviasiya əlaqələrinin davam etdirilməsinə imkan verir.
Bununla belə, döyüş əməliyyatları nəticəsində təxminən 20 təyyarə ciddi ziyan görüb. Hava gəmilərinin növləri və dağıntı dərəcəsi barədə dəqiq məlumatlar dəqiqləşdirilməyib, MEE xəbər verir.
Daha əvvəl ölkə rəhbərliyi hava məkanının mərhələli açılması və ayrı-ayrı hava limanlarının fəaliyyətinin bərpa olunması barədə elan etmişdi. Xüsusilə, hava dəhlizlərinin bir hissəsi beynəlxalq tranzit uçuşlar üçün yenidən əlçatan olub, bəzi hava limanları isə müvəqqəti qapadılmadan sonra fəaliyyətə qayıtmağa başlayıb.
Buna baxmayaraq, uçuşların aktivliyi məhdud olaraq qalır: təhlükəsizlik riskləri səbəbindən bir çox aviaşirkət hələ də İran hava məkanından uzaq durur.
Zərbələrə və gərgin vəziyyətə baxmayaraq, İran öz aviasiya infrastrukturunun böyük hissəsini qoruyub saxlamağa nail olub. Bu, əsas obyektlərin prioritet müdafiəsini və sistemin zədələnmiş elementlərini sürətlə bərpa etmək qabiliyyətini göstərə bilər.
Almaz Həsənli



















































































