Meksikada ABŞ səfirliyinin iki əməkdaşı qəzaya düşərək ölüb
ABŞ-ın Meksikadakı səfiri Ronald Conson ABŞ səfirliyinin iki əməkdaşının "qəza" nəticəsində öldüyünü açıqladı. O, həmçinin Meksikanın Çivaua ştatındakı Milli Təhqiqat Agentliyinin (AEI) rəhbərinin və agentliyin bir əməkdaşının da öldürüldüyünü təsdiqlədi, Fox News xəbər verir.
Səfir həmçinin bildirib ki, hadisə "məmurların vəzifələrini yerinə yetirərkən üzləşdikləri riskləri vurğulayır". ABŞ və Meksika hökuməti işçilərinin ölümünün yeri və şəraiti hazırda məlum deyil.
Çivaua ştatının Baş Prokurorluğu səfirlik təlimatçılarının və AEI işçilərinin "Morelos bələdiyyəsində gizli narkotik laboratoriyalarını dağıtmaq üçün böyük bir əməliyyatdan qayıdarkən" öldüyünü qeyd etdi. 17 və 18 aprel tarixlərində keçirilən əməliyyat zamanı altı əsas sintetik narkotik istehsalı müəssisəsi məhv edildi.
Əziz MUSTAFA



















































































