ABŞ-ın Türkiyədəki səfiri qalmaqala səbəb olub

ABŞ-ın Türkiyədəki səfiri qalmaqala səbəb olub

20 Aprel 11:42
Bəyəndim (2) Bəyənmədim (0)


Türkiyə müxalifəti, ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrakın Antaliya Diplomatik Forumundakı çıxışından sonra onu "persona non qrata" elan etməyi tələb edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Aydınlık" qəzeti yazıb.
Nəşrin məlumatına görə, səfirin Yaxın Şərqdə monarxiyaların güclü idarəetmə qüvvəsi kimi effektivliyi barədə dediyi sözlər kəskin reaksiya doğurub.
Barrak bildirib ki, Yaxın Şərqdə işləyən yeganə siyasi rejimlər ya monarxiyalardır, ya da liderin "sərt əllə" idarə etdiyi monarxik elementlərə malik respublikalardır. Onun sözlərinə görə, "demokratiya mantiyası geyinən" ölkələr uğursuz olub. Eyni zamanda, Türkiyə monarxiyadan imtina etdikdən sonra yaranmış demokratik dövlət kimi özünü təqdim edir.
"Onun çıxışından sonra səfirə ünvanlanan sərt tənqidlər, hətta "ölkədən qovulması" çağırışları səslənib", - deyə nəşrdə bildirilir.
Bundan əlavə, Barrak ABŞ-ın xarici siyasət yanaşmasının yenidən nəzərdən keçirilməsinə çağırıb. O, region ölkələrinin Vaşinqtonun köməyi olmadan öz problemlərini özlərinin həll etməli olduğunu bildirib. Həmçinin, səfir ayrı-ayrı siyasi və hərbi strukturların güc yolu ilə aradan qaldırılmasının qeyri-mümkünlüyündən danışıb.
Türkiyə müxalifəti Tomas Barrakı qəbuledilməz bəyanatlar verməkdə və həssas siyasi mövzulara müdaxilə etməkdə ittiham edib.
Bundan əvvəl Barrak bildirmişdi ki, Türkiyə Rusiya hava hücumundan müdafiə sistemindən imtina etməyə yaxındır, bu da NATO-nun digər üzvləri ilə münasibətlərdə gərginliyə səbəb olmuş və ABŞ-ın F-35 təyyarələrinin alınmasına mane olmuşdu.
Barrak qeyd edib ki, ölkə Rusiya S-400 sistemindən istifadə etməsə də, raketləri, radarları və digər avadanlıqları hələ də mövcuddur. Onun sözlərinə görə, bu problemlərin həlli yaxın dörd-altı ay ərzində həll olunacaq.
Almaz Həsənli