Avstraliya Yaponiya ilə üç freqat üçün 6,5 milyard dollarlıq müqavilə imzalayıb

Avstraliya Yaponiya ilə üç freqat üçün 6,5 milyard dollarlıq müqavilə imzalayıb

20 Aprel 10:36
Bəyəndim (2) Bəyənmədim (0)


Asahi News xəbər verir ki, Avstraliya və Yaponiya 10 milyard Avstraliya dolları (6,5 milyard dollar) dəyərində üç Mogami sinifli döyüş freqatı üçün müqavilə imzalayıblar. Tərəflər müqaviləni Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin JS Kumano freqatında imzalayıblar. Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi və onun avstraliyalı həmkarı Riçard Marles mərasimdə iştirak ediblər.

Gəmilər Yaponiyada Mitsubishi Heavy Industries tərəfindən inşa ediləcək və birincisinin 2029-cu ildə təhvil verilməsi planlaşdırılır. Mogami freqatları yer-hava və gəmi əleyhinə raket buraxılış qurğuları və hücum helikopterləri üçün idarəetmə sistemi ilə təchiz olunacaq.

Kanberra həmçinin Qərbi Avstraliyadakı gəmiqayırma zavodunda seriyada daha səkkiz freqat inşa etməyi planlaşdırır. Gəmilər müasir raketlərə və dronlara qarşı həssas hesab edilən Avstraliyanın köhnəlmiş ANZAC sinifli freqatlarını əvəz etmək üçün nəzərdə tutulub. Yaponiya nazirinin sözlərinə görə, Avstraliyanı Yapon freqatını seçməyə sövq edən həlledici amil onun yalnız 90 nəfər tərəfindən idarə oluna bilməsi idi ki, bu da ANZAC sinifli gəminin heyətinin təxminən yarısı deməkdir.

Əziz MUSTAFA