ABŞ və İran razılaşma əldə etməyə yaxındırlar
ABŞ və İran arasında razılaşma yaxın gələcəkdə bağlana bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat verib.
Qeyd olunur ki, ABŞ-İran danışıqları artıq məntiqi sonluğuna yaxınlaşır.
Mənbəyə görə, nümayəndə heyətləri Pakistan vasitəçilərinin iştirakı ilə pərdəarxası diplomatiya yolu ilə irəliləyiş əldə ediblər.
Agentlik yazır ki, sülh danışıqlarının ikinci mərhələsi zamanı anlaşma memorandumunun imzalanması gözlənilir və bundan sonra tərəflər 60 gün ərzində tam razılaşma əldə edəcəklər.
Reuters xəbər verir ki, "Tərəflər artıq prinsipial razılaşmalara nail olublar, texniki detallar isə daha sonra razılaşdırılacaq".
Bundan əlavə, mənbələr qeyd edirlər ki, Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir danışıqlarda əsas vasitəçi rolunu oynayır. O, hazırda İran tərəfi ilə dialoq aparır və daha sonra Vaşinqtonda görüş keçirməyi planlaşdırır.
Almaz Həsənli



















































































