Tramp İsrail və “Hizbullah” arasında atəşkəs elan etdi
ABŞ Prezidenti Donald Tramp cümə axşamı İsrail və Livan liderlərinin cümə axşamı gecə yarısından cümə gününə keçən gecə atəşkəs elan etmək barədə razılığa gəldiyini açıqlayıb. Bu barədə Oxuməni.az BBC-yə istinadla xəbər verir.
"Mən indicə Livanın hörmətli prezidenti Cozef Aun və İsrailin baş naziri Bibi Netanyahu ilə əla söhbətlər etdim. Bu iki lider ölkələri arasında SÜLH əldə etmək naminə rəsmi olaraq 10 günlük Atəşkəs elan etmək barədə razılığa gəliblər", - Tramp özünün Truth sosial şəbəkəsində yazıb.
ABŞ Prezidenti atəşkəsin Şərq vaxtı ilə saat 17:00-da, yəni yerli vaxtla gecə yarısında elan ediləcəyini iddia edir.
Tramp İsrail və Livan nümayəndələri arasında 34 ildən sonra ilk rəsmi danışıqların çərşənbə axşamı ABŞ-da keçirildiyini xatırladıb və dövlət katibi Marko Rubio, vitse-prezident C.D. Vens və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Reyzinə "davamlı SÜLH əldə etmək üçün İsrail və Livanla işləməyi" tapşırdığını açıqlayıb.
Tramp əlavə edib ki, Aun və Netanyahunu Ağ Evə dəvət edəcək.
Livanda atəşkəs İranın ABŞ-la danışıqlarda tələblərindən biri idi. Bu danışıqlar həftəsonu Pakistanın İslamabad şəhərində başlamışdı, lakin ilk görüş heç-heçə ilə başa çatmışdı.
“Hizbullah”ı təmsil edən Livan parlament üzvü İbrahim əl-Musəvi AFP-yə bildirib ki, İsrail hücumlarını dayandırarsa, qrup atəşkəsə əməl edəcək.
Almaz Həsənli



















































































