ABŞ-da Penteqondan demək olar ki, əlli UNO videosunu yayımlamaq tələb olunub

ABŞ-da Penteqondan demək olar ki, əlli UNO videosunu yayımlamaq tələb olunub

16 Aprel 15:05
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Penteqonu uçan naməlum obyektlər (UNO)-lar barədə və hərbi bazalar ətrafında guya mövcud olan yadplanetli fəaliyyəti haqqında həqiqəti gizlətməkdə ittiham edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Daily Star" yazıb.
Parlamentariyyə görə, müdafiə nazirliyi aprelin 14-dək demək olar ki, əlli UNO videosunu yayımlamalı idi. O, ayın əvvəlində qurumun rəhbəri Pit Heqsetə müvafiq kadrları yayımlamaq barədə birbaşa əmr verdiyini xatırladıb. Lakin Penteqon bu tələbi görməzdən gəlib.
"Görünür, kimsə məktubu müvafiq instansiyaya çatdırmayıb," - deyə Luna qeyd edib.
O, diqqətə çatdırıb ki, Birləşmiş Ştatlar prezidenti gizli materialların yayımlanmasına icazə verib, lakin müdafiə nazirliyi heç bir reaksiya verməyib.
Məqalədə qeyd olunur ki, Penteqonun onlarla mövcud olan yazıları UNO-ları araşdıran və yadplanetlilərlə təmas nəzəriyyəsini dəstəkləyənlər üçün "müqəddəs qədəh"dir. Hesab olunur ki, videolarda Şərqi Çin və Əfqanıstan dənizlərinin su əraziləri, eləcə də Fars körfəzi üzərindəki səmalarda çox sayda naməlum uçan obyektlər qeydə alınıb.
Luna vurğulayıb ki, amerikalılar hərbi idarənin UNO-lar haqqında məlumatları məxfidən çıxarmasını istəyirlər. O, həmçinin əlavə edib ki, ölkənin milli təhlükəsizliyi Penteqon və Konqres arasındakı şəffaflığın olmaması səbəbindən təhlükə altındadır.
Almaz Həsənli