ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı sanksiya siyahısına doqquz tanker və 14 şirkət əlavə edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, ABŞ İrana qarşı sanksiya siyahısını doqquz tanker, 14 şirkət və üç şəxsi əhatə etməklə genişləndirib.
Sanksiya tətbiq edilən gəmilərdən altısı Panamada, ikisi Kamerunda, biri isə Mozambikdə bayraq altındadır. Yeni əlavə edilən şəxslərdən ikisi Hindistan vətəndaşıdır. İran vətəndaşı olan bir şəxs ABŞ tərəfindən "Hizbullahın Maliyyə Sanksiyaları Qaydalarına" uyğun olaraq sanksiya tətbiq edilib. Şirkətlər BƏƏ, Hindistan və Marşal Adalarında qeydiyyatdan keçib.
Əziz MUSTAFA
Digər xəbərlər



















































































