Kolumbiya Aİ və Latın Amerikasını İsraillə müdafiə müqavilələrini dayandırmağa çağırdı

Kolumbiya Aİ və Latın Amerikasını İsraillə müdafiə müqavilələrini dayandırmağa çağırdı

14 Aprel 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiya Prezidenti Qustavo Petro Avropa və Latın Amerikası ölkələrini İtaliyanın nümunəsini izləməyə və İrana qarşı davam edən təcavüzünə görə İsraillə müdafiə müqavilələrini dayandırmağa çağırdı.

"İtaliyanın Baş naziri Giorgia Meloni İsraillə müqavilələri dayandırmaq qərarına gəldi. Mən onun qərarını alqışlayıram və təklif edirəm ki, bütün Avropa və Latın Amerikası İsraili Yaxın Şərqdə təcavüz etmək gücündən məhrum etmək üçün onun nümunəsini izləsin", - deyə dövlət başçısı müraciətində yazıb.

Kolumbiya lideri münaqişənin yalnız diplomatik yolla həll edilməli olduğunu vurğuladı. "Sülhə aparan sivilizasiyalar arasında dialoqdur, onlara yönəlmiş raketlər isə yalnız bəşəriyyətin məhvinə gətirib çıxarır", - deyə o, yekunlaşdırdı.

Əziz MUSTAFA