Kamal Kılıçdaroğlu  11 ay 20 gün həbs cəzasına məhkum edilib

Kamal Kılıçdaroğlu 11 ay 20 gün həbs cəzasına məhkum edilib

14 Aprel 18:12
Bəyəndim (1) Bəyənmədim (0)

Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğlu prezident Ərdoğana qarşı işlətdiyi ifadəyə görə 11 ay 20 gün həbs cəzasına məhkum edilib.
Mersin Birinci İnstansiya Cinayət Məhkəməsi Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğluna qarşı qərar çıxardı. Məhkəmə Kılıçdaroğlunu "prezidenti təhqir etmək"də günahlandıraraq 11 ay 20 gün həbs cəzasına məhkum etdi.
Kılıçdaroğlunun vəkili Cəlal Çelik Yanıçağa verdiyi açıqlamada qərarı qəbul etmədiklərini və onu "siyasi qərar" kimi qiymətləndirdiklərini bildirdi. Çelik dedi: "Tamamilə qanunsuzluqla üzləşmişik. Bu qərar qəbuledilməzdir. Bu qanunsuz qərardan apelyasiya şikayəti verəcəyik və onun ləğv olunacağına əminik. Bu, qəbuledilməz bir qərardır."
İki il əvvəl Kılıçdaroğlu Ankarada eyni iş üzrə "dövlət qulluqçusunu vəzifələrinin icrası ilə əlaqədar açıq şəkildə təhqir etmək" ittihamı ilə ifadə vermişdi. Kılıçdaroğlu ifadəsində bütün həyatı boyu vicdanla işlədiyini və uşaqlarını vicdanla qazandığı pulla böyütdüyünü söyləyərək sözlərindən peşman olmadığını bildirdi.
Əziz MUSTAFA