Qırğızıstan rusdilli kənd adlarından tamamilə imtina edir

Qırğızıstan rusdilli kənd adlarından tamamilə imtina edir

10:53
Bəyəndim (2) Bəyənmədim (0)


Qırğızıstan hakimiyyəti 2027-ci ilin sonuna qədər ölkədə qalan rusdilli kənd adlarını dəyişdirməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə prezident Sadır Japarov Oş vilayətinin Alay rayonunun sakinləri ilə görüşdə bildirib.
"Bu işi gələn il başa çatdırmağı planlaşdırırıq", - deyə o bildirib.
Japarov həmçinin Qırğızıstanda kəndlərə məşhur tarixi şəxsiyyətlərin adlarının verilməsinə qarşı olduğunu bildirib.
Japarovun 2021-ci ildə prezident seçilməsindən bəri Qırğızıstanda 15-dən çox kəndin rusdilli adları rəsmi olaraq dəyişdirilib. Xüsusilə, Voenno-Antonovka (Çuy vilayəti) kəndinin adı Kojomkul, Semenovka (İssık-Kul vilayəti) kəndinin adı isə Kojoyar-Ata adlandırılıb.
Almaz Həsənli