Kamala Harris yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir
Reuters xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci il ABŞ prezident seçkilərində yenidən namizədliyini irəli sürəcəyini istisna etməyib. Reuters xəbər verir ki, Harris bu açıqlamanı Nyu-Yorkda keçirilən ictimai tədbirdə verib.
"Bəlkə də bu barədə düşünürəm", Harris potensial namizədliyi ilə bağlı suala cavab olaraq bildirib.
O, əlavə edib ki, 2028-ci il namizədlərindən hansının "Amerika xalqı" üçün ən yaxşı prezident olacağını nəzərdən keçirəcək.
Kamala Harris 2024-cü il ABŞ prezident seçkilərində Donald Trampa uduzmuşdu. O vaxtkı prezident Co Bayden onu vitse-prezident təyin etməzdən əvvəl Kaliforniyadan senator və baş prokuror da daxil olmaqla bir neçə dövlət vəzifəsində çalışmışdı. 2020-ci ildə o, Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün Co Baydenlə yarışmışdı.
Xatırladaq ki, Donald Tramp 2024-cü il seçkilərində 295 seçici səsi toplayaraq böyük qələbə qazanmışdı. Kamala Harris 226 səs toplamışdı.
Əziz MUSTAFA




















































































