Demokratik ölkələrin ən populyar və qeyri-populyar liderlərinin adları açıqlanıb
Demokratik ölkələrin ən çox populyar və qeyri-populyar liderləri açıqlanıb.
Hindistanın Baş naziri Narendra Modinin bəyənmə reytinqi ən yüksəkdir - 70%, Almaniya kansleri Fridrix Merzin isə ən aşağı reytinqi isə 19% təşkil edir. Euronews xəbər verir ki, Amerika sorğu institutu Morning Consult tərəfindən aparılan sorğuya görə, Almaniya kansleri Fridrix Merz 24 demokratik ölkənin liderləri arasında ən az populyar olub.
Sorğuda iştirak edən almanların yalnız 19%-i Almaniya kanslerinin fəaliyyətindən məmnun olduqlarını bildirib. Merz ən yüksək narazılıq nisbətinə malikdir - 76%.
Fransa Prezidenti Emmanuel Makron sorğuda 18% təsdiq və 75% narazılıq alaraq aşağıdan ikinci yerdə qərarlaşıb.
Aşağı reytinqləri ilə Merz indi özünü keçmiş kansler Olaf Şolzdan aşağıda görür, o, hətta ən aşağı nöqtəsində belə Merzdən xeyli populyar idi. Xüsusilə, 2024-cü ilin iyun ayının ortalarında respondentlərin 28%-i Şolzun kansler kimi fəaliyyətini bəyəndiyini, 67%-i isə qeyri-qənaətbəxş hesab etdiyini bildirib.
Bu arada, Türkiyədəki respondentlərin 36%-i Prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyətindən məmnun olduqlarını bildirib. Lakin türk respondentlərin 50%-i narazılıqlarını bildirib.
ABŞ Prezidenti Donald Tramp aşağıdan 10-cu yerdə qərarlaşıb, amerikalıların təxminən 38%-i onun fəaliyyətindən məmnun, 57%-i isə narazı olduğunu bildirib.
İspaniya Baş naziri Pedro Sançes (38% lehinə, 57% əleyhinə) və İtaliya Baş naziri Giorgia Meloni (39% əleyhinə, 55%) orta sıralarda yer alıblar.
Bu arada, Hindistan Baş naziri Narendra Modi (70%), Cənubi Koreya Prezidenti Li Ce Myonq (63%) və Çexiya Baş naziri Andrey Babiş (55%) ən yüksək bəyənmə reytinqini alıblar.
Əziz MUSTAFA




















































































