İran ABŞ-ın dəniz blokadasını qanunsuz hesab edir
İran ABŞ-ın dəniz blokadasını qanunsuz hesab edir. Oxuməni.az xəbər verir ki, bu barədə “Tasnim”-in verdiyi məlumata görə, İran hərbi komandanlığının "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfəqari bildirib.
"Cinayətkar Amerikanın beynəlxalq sularda dəniz nəqliyyatına qoyduğu məhdudiyyətlər qanunsuzdur və dəniz piratçılığı aktıdır", - deyə o bildirib.
O, əlavə edib ki, Tehran Fars körfəzi və Oman körfəzində liman təhlükəsizliyinin ya hamı üçün, ya da heç kim üçün olmayacağı barədə xəbərdarlıq edir.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və çıxan bütün gəmilərin dəniz blokadasına başlayacağını açıqlayıb. Gəmiçilik məhdudiyyətləri bu gün, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Almaz Həsənli




















































































