İsrail ordusu Trampın əmrini gözləyir: İranla müharibə gözlənilmədən yenidən başlaya bilər
Pakistanda ABŞ-İran danışıqlarının uğursuzluğundan sonra İsrail Müdafiə Qüvvələri (İMQ) hərbi əməliyyatların yenidən başlamasına hazırlığını artırır. Bu barədə Oxuməni.az The Times of Israel-ə istinadən məlumat yayıb.
Ynet-in məlumatına görə, İMQ-nin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ordunun "yüksək hazırlıq" vəziyyətinə gətirilməsini və İranla hərbi əməliyyatların yenidən başlamasına hazır olmasını əmr edib.
Kanal 12 İsrail Müdafiə Qüvvələrinin təkcə müharibənin yenidən başlamasına deyil, həm də İranın İsrailə qarşı mümkün qəfil hücumuna hazırlaşdığını bildirdi.
Kanal 13 əlavə etdi ki, müharibə səviyyəsi "əhəmiyyətli dərəcədə artırılıb" və Zamir "hərbi əməliyyatların dərhal yenidən başlaması üçün hazırlıqlar" və döyüş hazırlığı prosedurlarının başlanmasını əmr etdi.
İctimai yayımçı Kan, "yüksək səviyyəli müdafiə rəsmisinə" istinadən, "İsrail İrana qarşı müharibəni yenidən başlatmaqda maraqlıdır", çünki əvvəlki atəşkəs "nüvə məsələsi və ballistik raketlərlə bağlı İrana kifayət qədər təzyiq göstərilmədən çox tez başa çatıb".
Kanın sözlərinə görə, İsrail ABŞ prezidenti Donald Trampın münaqişənin yenidən başlaması ilə bağlı qərarını gözləyir. Bundan sonra ordu İranı enerji infrastrukturuna zərbə endirməklə nüvə proqramından imtina etməyə məcbur etməyə çalışacaq.
Əziz MUSTAFA




















































































