Küveyt və Səudiyyə Ərəbistanı İrandan yeni zərbələr barədə məlumat verib

Küveyt və Səudiyyə Ərəbistanı İrandan yeni zərbələr barədə məlumat verib

15:41
Bəyəndim (2) Bəyənmədim (0)


Küveyt və Səudiyyə Ərəbistanı, müvəqqəti atəşkəs rejiminə baxmayaraq, öz ərazilərindəki obyektlərə qarşı yeni hücumlar barədə məlumat veriblər. Oxuməni.az xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyinin “Facebook”-dakı məlumatına görə, pilotsuz təyyarələrlə edilən zərbələr ölkənin "bəzi həyati əhəmiyyətli obyektlərinə" yönəldilib. Səudiyyə dövlət agentliyi bir mənbəyə istinadən, krallığın yanacaq-energetika kompleksinin obyektlərinin zədələndiyini bildirib.
Səudiyyə tərəfi, "Şərq-Qərb" boru kəmərinin nasos stansiyalarının zərbələrdən təsirləndiyini, bunun da sutkada təxminən 700 min barel neft nəqlinin azalmasına səbəb olduğunu dəqiqləşdirib. Həmçinin, "Manifa" neft emalı zavodu zərər görüb, onun gücü sutkada təxminən 300 min barel azalıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlarda iştirakını inkar edib. "İran İslam Respublikasının silahlı qüvvələri atəşkəs saatları ərzində indiyə qədər heç bir ölkəyə raket zərbəsi endirməyib", - deyə Press TV-nin sitat gətirdiyi bəyanatda bildirilir.
ABŞ prezidenti Donald Tramp, aprelin 8-də qüvvəyə minən atəşkəs razılaşmalarının pozulması halında İranla döyüş əməliyyatlarının yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib. İran tərəfi Livana zərbələr dayandırılmayacağı təqdirdə, 10 apreldə Pakistanda ABŞ nümayəndələri ilə görüşün ləğv ediləcəyini istisna etməyib.
Almaz Həsənli