Durov “WhatsApp”-ın şifrələnməsini "tarixin ən böyük istehlakçı aldatma halı" adlandırıb

Durov “WhatsApp”-ın şifrələnməsini "tarixin ən böyük istehlakçı aldatma halı" adlandırıb

13:41
Bəyəndim (2) Bəyənmədim (0)


"Telegram" messencerinin qurucusu Pavel Durov, "Meta" şirkətinə məxsus "WhatsApp"ı yenidən tənqid edib. Oxuməni.az xəbər verir ki, Durov öz "Telegram" kanalında yazıb:
"WhatsApp-ın 'şifrələnməsi' bəlkə də tarixin ən böyük fırıldaqçılığıdır, milyardlarla istifadəçini aldadır."
Durova görə, "Meta" şirkətinin messenceri "istifadəçilərin mesajlarını oxuyur və üçüncü tərəflərlə bölüşür". Onun sözlərinə görə, "Telegram" "heç vaxt bunu etməyib və gələcəkdə də etməyəcək".
Durov öz postunu "Meta"ya qarşı açılmış iddia və şirkətin şəxsi mesajları saxlaması və onlara daxil olması ittihamı barədə bir dərcin skrinşotu ilə müşayiət edib.


Qeyd edək ki, Durov ardıcıl olaraq "WhatsApp"ı tənqid edir. Belə ki, 2026-cı ilin yanvarında o, bu messencerin təhlükəsizliyinə inanmaq üçün "tamamilə axmaq olmaq lazım olduğunu" bildirib, 2022-ci ildə isə "WhatsApp"ın casusluq aləti olduğunu iddia edib.
Həm "Telegram", həm də "WhatsApp" Rusiya və dünyada ən populyar messencerlər sırasındadır. Rusiyada hər iki messencer "məhdudlaşdırılıb" - əvvəlcə onlarda zəng imkanları bloklanmağa başlayıb, sonra isə ümumilikdə onlara giriş məhdudlaşdırılıb.
Almaz Həsənli