Hanter Bayden Trampın uşaqlarını qəfəs döyüşünə dəvət edib

Hanter Bayden Trampın uşaqlarını qəfəs döyüşünə dəvət edib

13:35
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden hazırkı prezidentin böyük oğulları Erik Tramp və kiçik Donaldı qəfəs döyüşünə çağırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “USA Today” Baydenin sosial media paylaşımına istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, bu, siyasi ailələr arasında davam edən düşmənçiliyin növbəti epizodudur.
Hanter Bayden bildirib ki, rejissor, jurnalist və kontent yaradıcısı Endryu Kallahan ona zəng edərək Tramp oğullarının iştirakı ilə döyüş təşkil etməyə çalışdığını deyib.
"Düşünürəm ki, o, qəfəs döyüşü təşkil etməyə çalışır, mən və Erik və kiçik Don. Mən ona dedim ki, əgər bunu edə bilsə, bunu 100% edəcəyəm", - Bayden deyib.
Kallahan özü Baydenin zarafat etdiyini düşünsə də, döyüşün təşkilinə kömək etməyə hazır olduğunu bildirib. Bununla belə, o, əlavə edib ki, Trampın uşaqları Hanterlə döyüşməyə hazır olmalıdırlar.
Xatırladaq ki, kiçik Donald Tramp ABŞ prezidentinin böyük oğludur və hazırda 48 yaşındadır. Erik Tramp hazırda 42 yaşındadır. Hanter Bayden 56 yaşındadır.
Almaz Həsənli