Monqolustan və Çin "Çöl Tərəfdaşlığı 2026" adlı birgə hərbi təlimlər keçirəcək
MidlAsianNews xəbər verir ki, Monqolustan Silahlı Qüvvələri ilə Çin Xalq Azadlıq Ordusu arasında "Çöl Tərəfdaşlığı 2026" birgə hərbi təlimləri üçün planlaşdırma görüşü keçirilib.
Monqolustan və Çin birgə hərbi təlimlərə başlayacaqlar. "Çöl Tərəfdaşlığı 2026" adlandırılan üç fazalı döyüş təlimlərinə canlı atəş təlimi ilə yerüstü təlimlər daxil olacağı bildirilir. Təlimlər 26 may - 10 iyun tarixləri arasında Çində keçiriləcək.
Bu, iki ölkə arasında "Çöl Tərəfdaşlığı" adlı sahə hərbi təlimlərinin növbələşməsi prinsipinə uyğun olaraq, 2024-cü ildə Monqolustanda uğurla keçirilib. Bu dəfə analoji təlimləri may ayının 26-da Çində keçiriləcək.
Təlimlər illik əməkdaşlıq planına və iki ölkənin hərbçilərinin konsensusuna uyğun olaraq keçirilir. Məqsəd silahlı qüvvələr arasında strateji qarşılıqlı etimad və praktiki əməkdaşlığı daha da dərinləşdirmək, eləcə də regional sülh və sabitliyin dəstəklənməsi üçün müsbət enerji sərf etməkdir.
Monqolustan və Çin iki ölkə arasında hərbi münasibətləri gücləndirməyə və strateji tərəfdaşlıqlarını yeni səviyyəyə qaldırmağa hazır olduqlarını bildiriblər.
Əziz MUSTAFA



















































































