Putin Ukrayna ilə müharibədə bir günlük atəşkəs elan edib
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə davam edən müharibədə müvəqqəti atəşkəs elan edib. Qərara əsasən, hərbi əməliyyatlar 11 aprel səhər saat 6:00-dan etibarən dayandırılacaq. Bu humanitar tədbirin bayram zamanı bölgədəki gərginliyi bir qədər azaltması gözlənilir.
Elan edilmiş atəşkəs 12 aprelin sonuna qədər qüvvədə qalacaq. Bu günlük təcrübənin bir hissəsi olaraq, hər iki tərəfin dini bayram zamanı hərbi əməliyyatları dayandırması gözlənilir. Atəşkəsin yerində təsiri hər iki ölkənin hərbi bölmələri tərəfindən yaxından izlənilir.
Kremlin bəyanatında deyilir: "Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarı ilə Pravoslav Pasxasının (Məsihin Müqəddəs Dirilməsi) yaxınlaşması ilə əlaqədar olaraq, 11 aprel saat 16:00-dan 12 aprel 2026-cı il tarixinin sonuna qədər atəşkəs elan edilib."
Həmçinin əlavə edilib ki, müdafiə naziri Andrey Belousov və Baş Qərargah rəisi Valeri Gerasimova bu müddət ərzində bütün cəbhələrdə döyüş əməliyyatlarını dayandırmaq tapşırılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə Ukraynanın Pasxa bayramı ilə əlaqədar müvəqqəti atəşkəs elan etməyə hazır olduğunu açıqladı. Zelenski dedi: "Pasxa bayramları zamanı tam və ya güclü atəşkəsə hazırıq."
Əziz MUSTAFA


















































































