Paşinyan Putinlə iyunun ikinci yarısında yeni görüşünü elan edib

Paşinyan Putinlə iyunun ikinci yarısında yeni görüşünü elan edib

13:46
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə apreldə keçirilən görüşünü yenidən müsbət qiymətləndirib və iyunun ikinci yarısında Rusiya tərəfi ilə yüksək səviyyəli görüş keçirməyi planlaşdırdığını bildirib.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Paşinyan brifinqdə jurnalistlərə deyib: "Dediyim kimi, səfəri çox uğurlu qiymətləndirirəm. Digərləri öz qiymətləndirmələrində azaddırlar. Tête-à-tête görüşünə gəlincə, biz artıq görüşlər, tədbirlər barədə razılığa gəlmişik. İyunun ikinci yarısı da daxil olmaqla, yüksək səviyyəli görüşlərin keçirilməsi barədə razılaşdıq".
Bundan əvvəl erməni qəzeti Hraparak, adı açıqlanmayan mənbələrə istinadən, aprelin 1-də Kremlin qapalı qapıları arxasında Putin və Paşinyan arasında "sərt söhbət"in olduğunu bildirmişdi. Nəşrin məlumatına görə, Moskva Paşinyanla hər hansı bir razılığa gəlməyin mümkün olmadığını başa düşüb və praktik addımlar atmağa başlayıb. Jurnalistlərə məlum olub ki, Ermənistan tərəfi Ermənistanın hazırkı hökuməti ilə əlaqəli bütün müəssisə və şirkətlərin nümayəndələrinin Rusiyaya girişinə qadağa qoyula biləcəyi barədə xəbərdar edilib. Erməni diplomatları da "arzuolunmaz şəxs" statusuna düşüblər. Bundan əlavə, spirtli içkilərin Rusiyaya daxil olmasına imkan verən Proşyan Konak Zavodunun lisenziyasının dayandırılması məsələsi də nəzərdən keçirilir.
Almaz Həsənli