Vens İranı tələblər siyahısını hazırlayarkən ChatGPT-dən istifadə etməkdə ittiham edib

Vens İranı tələblər siyahısını hazırlayarkən ChatGPT-dən istifadə etməkdə ittiham edib

12:58
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ-ın vitse-prezidenti C.D. Vens hesab edir ki, İran tərəfi on maddədən ibarət ilk tələblər siyahısını hazırlayarkən ChatGPT neyroşəbəkəsindən istifadə edib. Oxuməni.az xəbər verir ki, bu barədə rəsminin sözlərini “Reuters” yayıb.
Vensin sözlərinə görə, Tehran ümumilikdə üç tələb variantı təklif edib. "Daha məntiqli olan 10 maddəlik ikinci təklif var idi. ... Prezident [Donald Tramp] məhz bu təklifə istinad edirdi və bu, dünənki vəziyyətə görə doğrudur," - deyə vitse-prezident bildirib.
Vens hesab edir ki, üçüncü təklif birincidən daha maksimalist idi, lakin məhz o sosial şəbəkələrdə yayıldı.
Daha əvvəl Vens bəyan etmişdi ki, ABŞ İranla səmimi danışıqlar aparılacağı təqdirdə İrana çox şey təklif etməyə hazırdır.
Almaz Həsənli