Tramp ABŞ qüvvələrini İranın ətrafında saxlayacağına söz verib
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ qüvvələri müqavilənin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “TASS” məlumat verirb.
O, söz verib ki, Amerika hərbi gəmiləri, təyyarələri və hərbi personalı müqavilənin bütün müddəaları yerinə yetirilənə qədər İranın yaxınlığında yerləşəcək.
8 aprel gecəsi Tramp İranla iki həftəlik atəşkəs elan edib.
O, ABŞ və İran arasında demək olar ki, bütün mübahisəli məsələlərin həll olunduğunu bildirib.
Almaz Həsənli
Digər xəbərlər




















































































