Moldova Prezidenti Maya Sandu ölkənin MDB-dən çıxması haqqında fərman imzalayıb

Moldova Prezidenti Maya Sandu ölkənin MDB-dən çıxması haqqında fərman imzalayıb

07:54
Bəyəndim (1) Bəyənmədim (0)

Sovet İttifaqının dağılmasından sonra başqa bir ölkə keçmiş Sovet respublikaları arasında iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığı dəstəkləmək üçün yaradılan Müstəqil Dövlətlər Birliyindən çıxmaq qərarına gəldi. Moldova Prezidenti Maya Sandu ölkəsinin təşkilatdan çıxması haqqında fərman imzalayıb.

Sandunun imzaladığı fərman Moldovanın Rəsmi Qəzetində dərc edilib. Fərmana əsasən, təşkilatın təsis müqaviləsi, protokolu və təşkilatın nizamnaməsi MDB-nin əsas müqavilələrinin bir hissəsi olaraq ləğv edildi.
Keçən ay Moldova hökuməti MDB-nin əsas müqavilələrini ləğv etmək qərarına gəldi. Bu qərar bu ayın əvvəlində parlament tərəfindən təsdiqləndi.

Avropa İttifaqına (AB) üzv olmağa çalışarkən, Moldova əvvəllər MDB-dən çıxma prosesinə başlamış və MDB daxilində imzalanmış təxminən 70 müqaviləni ləğv etmişdi.

Əziz MUSTAFA