Yunanıstanda 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə qadağa qoyulacaq
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan etmək planları barədə məlumat verib. Yeni qayda 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Mitsotakis uşaqlara müraciət edərək video-müraciətində qeyd edib: "İndi əminəm ki, siz gənclər arasında bir çoxunuz mənə qəzəblənəcəksiniz; mən sizin yaşınızda olsaydım, bəlkə də eyni şeyi hiss edərdim, lakin bizim rolumuz xoşagəlməz olmaq deyil."
Qanunvericilik tənzimləməsi 2026-cı ilin yayında hazırlanacaq və qadağanı milli səviyyədə rəsmiləşdirəcək. Yunanıstan uşaqlar üçün belə məhdudiyyətlər tətbiq edən ilk ölkələrdən biri olacaq.
Baş nazir həmçinin vurğulayıb ki, Yunanıstan Avropa İttifaqı səviyyəsində belə tədbirləri təşviq edəcək, bütün Aİ ölkələrində uşaqlar və yeniyetmələr üçün məhdudiyyətlərin müzakirəsinə təkan verəcək.
Almaz Həsənli



















































































