Ukranya Baş Kəşfiyyat İdarəsi  Kerç boğazında "Slavyanin" bərə keçidini məhv edib

Ukranya Baş Kəşfiyyat İdarəsi Kerç boğazında "Slavyanin" bərə keçidini məhv edib

16:12
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna hərbi qüvvələri Kerç boğazında "Slavyanin" Rusiya qatar bərəsini zərərsizləşdirib. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR MOU) 8 aprel çərşənbə günü məlumat verib.

"2026-cı il aprelin 5-dən 6-na keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mütəxəssisləri işğalçı ordunun Kerç boğazında qalan son dəmir yolu bərəsi olan "Slavyanin"i zərərsizləşdirmək üçün PUA zərbələrindən istifadə ediblər", - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, "Slavyanin" müvəqqəti işğal olunmuş Krımdakı Rusiya hərbi kontingentinin yanacaq-sürtkü materialları, silah-sursat və hərbi texnika ilə təmin edilməsində mühüm rol oynayıblar.

Əziz MUSTAFA