İran gəmilərin keçidi üçün Hörmüz boğazını açıb
İranın xarici işlər naziri Abbas Əraqçi, Tehranın iki həftəlik gəmilərin keçidi üçün Hörmüz boğazını açdığını bildirib. Oxuməni.az-ın “RİA Novosti”-yə istinadla verdiyi məlumata görə, o, bunu X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd olunur ki, keçid ölkənin silahlı qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla mümkün olacaq.
Nazir X sosial şəbəkəsindəki səhifəsində, İran Silahlı Qüvvələri ilə koordinasiya sayəsində Hörmüz boğazından iki həftəlik təhlükəsiz keçidin mümkün olacağını bildirən bir məlumat yayıb. "Və texniki məhdudiyyətləri nəzərə alaraq", - Əraqçi əlavə edib, lakin hansı məhdudiyyətləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Daha əvvəl Ağ Evin rəhbəri Donald Tramp, İrana zərbələri 14 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyini bildirib və Tehran tərəfindən də atəşkəsə əməl olunacağına təminat verib.
İran Təhlükəsizlik Şurasının təsdiqinə görə, Vaşinqtonun razılaşdığı təklifin bəndləri arasında Hörmüz boğazına nəzarətin İranda qalması da var.
Almaz Həsənli


















































































