Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxılıb
Çərşənbə günü buraxılan Şimali Koreya raketləri təxminən 240 km uçub. Bu barədə Yonhap xəbər agentliyi Koreya Respublikası ordusuna istinadən məlumat verib.
Yerli vaxtla təxminən saat 8:50-də (Bakı vaxtı ilə saat 3:50) Vonsan ərazisindən Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxılıb. Raketlər dənizə düşüb.
Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri həmçinin aprelin 7-də Pxenyan ərazisindən Yapon dənizi istiqamətində buraxılan raketlərin ehtimal olunan sınağı barədə məlumat veriblər.
Bu hadisələrlə əlaqədar olaraq Koreya Respublikası Prezidentinin Milli Təhlükəsizlik Agentliyi təcili iclas çağırıb. Seul ballistik raket buraxılışını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi pislədi, "təxribatçı hərəkətlərdən imtina etməyə" çağırdı və orduya sayıqlığı artırmağı əmr etdi.
Bazar ertəsi günü Cənubi Koreya prezidenti Li Ce Myonq Şimali Koreyadan Xalq Respublikasına fərdi şəxslər tərəfindən dron buraxılışına görə üzr istədi. Şimali Koreyanın Dövlət İşləri üzrə sədri Kim Çen In bunu "səxavətli bir insanın hərəkəti" adlandırdı. Çərşənbə axşamı Cənubi Koreyanın Birləşmə Nazirliyi bu reaksiyanı ikitərəfli münasibətlərdə "irəliləyiş" adlandırdı. Daha sonra bu şərhə cavab olaraq Şimali Koreya Xarici İşlər Nazirliyi "Koreya Respublikasının KXDR-ə ən düşmən dövlət kimi mahiyyətinin dəyişdirilə bilməyəcəyini" vurğuladı.
Əziz MUSTAFA



















































































