Tramp İranla iki həftəlik atəşkəs barədə razılığa gəldi
"İran sivilizasiyası bu gecə yox olacaq" deyən ABŞ prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şərifin İranla qarşılıqlı atəşkəs barədə çağırışına cavab verdi. Üç saatlıq müddətinin bitməsinə bir saat yarım qalmış Tramp dedi: "İran Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razı olduğu təqdirdə, İrana qarşı bombardman və hücumları iki həftə dayandırmağa razıyam. Bu, ikitərəfli atəşkəs olacaq."
ABŞ və İran nəhayət münaqişədə rahat bir nəfəs aldılar. Həmin gecə, Bakı vaxtı ilə saat 5.00-da vaxtı ilə saat 3:00-da Hörmüz boğazını açmasa, "İran sivilizasiyasını məhv edəcəyi" ilə hədələyərək, Pakistanın Baş naziri Şahbaz Şərifin atəşkəs barədə çağırışını şərti olaraq qəbul etdi.
Tramp açıqlamasında deyib: "Pakistanın Baş naziri Şahbaz Şərif və marşal Asim Munir ilə apardığım müzakirələrə və bu gecə İrana göndəriləcək dağıdıcı qüvvəni dayandırmaq istəklərinə cavab olaraq, İran İslam Respublikasının Hörmüz boğazını tamamilə, dərhal və təhlükəsiz şəkildə açmağa razı olması şərti ilə İrana qarşı bombardman və hücumları iki həftə müddətinə təxirə salmağa razıyam. Bu, ikitərəfli atəşkəs olacaq!"
Trampın sözlərinə görə, buna səbəb ABŞ-ın İranla bütün hərbi məqsədlərə nail olmasıdər. O qeyd edib ki, İranla davamlı sülh və Yaxın Şərqdə yekun sülh razılaşmasına nail olmaq istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib.
ABŞ və İran arasında demək olar ki, bütün keçmiş fikir ayrılıqları həll edilib, lakin iki həftəlik müddət razılaşmanın yekunlaşdırılmasına və rəsmiləşdirilməsinə imkan verəcək.
Pakistanın Baş naziri Şerif Trampı son tarixi uzatmağa çağırıb. Şahbaz Şərif açıqlamasında bildirib: "Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər qətiyyətlə, güclü və effektiv şəkildə irəliləyir və yaxın gələcəkdə konkret nəticələr vermək potensialına malikdir. Diplomatiyaya yol açmaq üçün Prezident Trampdan son tarixi iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm.
Pakistan səmimi qəlbdən İran qardaşlarından xoşməramlı jest olaraq eyni iki həftəlik müddətə Hörmüz boğazını açmalarını tələb edir. Bundan əlavə, bölgədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün hər yerdəki bütün münaqişə tərəflərini iki həftəlik atəşkəs elan etməyə çağırırıq ki, diplomatiya müharibəyə daimi son qoya bilsin."
Əziz MUSTAFA



















































































