Mehr: ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
İranın hasil etdiyi neftin 90%-ni tədarük etdiyi Xarq adasında bir neçə partlayış baş verib. Oxuməni.az xəbər verir ki, İranın “Mehr” agentliyinin məlumatına görə, zərbələri ABŞ və İsrail silahlı qüvvələri endirib.
Agentlik bildirir: "Amerika-sionist düşmən Xarq adasına bir neçə hücum edib və adada bir neçə partlayış səsi eşidilib". Adanın hansı obyektlərinin hücuma məruz qaldığı məlum deyil.
Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, "əgər Amerika terrorçu ordusu "qırmızı xətləri" keçərsə, cavab regionun hüdudlarından kənara çıxacaq".
Aprelin 8-nə keçən gecə ABŞ prezidenti Donald Trampın İranın Hörmüz boğazını açması üçün verdiyi müddət başa çatır. Tramp bildirib ki, İranla "bir gecədə işi bitirmək olar" və "bu gecə artıq növbəti gecə ola bilər" (yəni aprelin 7-dən 8-nə keçən gecə).
Almaz Həsənli




















































































