Tramp mediadan İranda F-15 heyətinin xilas edilməsi ilə bağlı məlumat mənbəyini açıqlamağı tələb edib

Tramp mediadan İranda F-15 heyətinin xilas edilməsi ilə bağlı məlumat mənbəyini açıqlamağı tələb edib

13:17
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp, İranda aprelin 3-də vurulan F-15 qırıcı təyyarəsinin pilotlarından birinin, ekipajın digər üzvü təhlükəsizliyə qovuşmamışdan əvvəl xilas edildiyi barədə məlumat yayan adı açıqlanmayan bir media orqanını və onun mənbəsini tənqid edib. Oxuməni.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
"Biz bunu öyrənə biləcəyik, çünki bunu dərc edən media şirkətinə müraciət edəcəyik və deyəcəyik: milli təhlükəsizlik, onu təslim edin, yoxsa həbsə gedəcəksiniz. Bu məqaləni yazan adam, deməsə, həbsə gedəcək", - deyə Tramp aprelin 6-da keçirilən mətbuat konfransında bildirib (The New York Times-dan sitat).
ABŞ prezidentinin hansı nəşrə və hansı jurnalistə hədə-qorxu gəldiyi aydın deyil.
“BBC News”-un yazdığına görə, Tramp sızan məlumatın itkin düşmüş hərbçinin axtarışı əməliyyatını daha da çətinləşdirdiyini düşünür. "Biz bu məlumatı verəni tapmalıyıq, çünki o, xəstə insandır; yəqin ki, vəziyyətin nə qədər pis olduğunu anlamayıb... Onlar bu missiyanı böyük riskə atdılar", - deyə o bildirib.
Xatırladaq ki, amerikanın F-15 qırıcı təyyarəsi aprelin 3-də İranda vurulub. Aprelin 5-də Tramp bəyan edib ki, ABŞ silahlı qüvvələri "ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini" həyata keçirərək, İranda iki gün keçirmiş amerikalı hərbçini xilas edib. Ekipajın digər üzvü isə bir gün əvvəl xilas edilib, lakin ikinci əməliyyatı təhlükəyə atmamaq üçün bu barədə rəsmi məlumat verilməyib.
Almaz Həsənli