Kim Çen In Cənubi Koreya prezidentinin üzrxahlığını qəbul edib

Kim Çen In Cənubi Koreya prezidentinin üzrxahlığını qəbul edib

12:46
Bəyəndim (2) Bəyənmədim (0)

Şimali Koreya lideri Kim Çen In, Cənubi Koreya prezidenti Li Çje Myonun Şimali Koreya sərhəddini keçən pilotsuz təyyarələrlə bağlı insidentə görə üzrxahlığını qəbul edib. Oxuməni.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çenin sözlərinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Pxenyan Cənubi Koreya prezidentinin üzrxahlığını "ümidverici və müdrik" addım kimi qiymətləndirib. Kim Çen In Li Çje Myonun hərəkətini "dürüst və səxavətli insanın davranışı" adlandırıb.

Bununla belə, Kim Yo Çen Seula xəbərdarlıq edib: Cənubi Koreya Şimali Koreyaya qarşı "mənasız təxribatlarını" dayandırmayana qədər sülh və sabitlikdən danışmaq boş olacaq. Şimali Koreyanın suverenliyini pozan hərəkətlər təkrarlanarsa, Seul "təsəvvürəgəlməz dərəcədə böyük bir qiymət ödəyəcək", - deyə o əlavə edib.

Peyklə bağlı insident martın 31-də baş verib. Birgə Hərbi-Polis Əməliyyat Qrupu (BHQ) hadisəni "fərdi sapma" kimi qiymətləndirib. Cənubi Koreya prezidenti Li Çje Myon isə öz növbəsində, Şimali Koreyaya tərəfə şəxsi dronların buraxılması ilə bağlı təəssüfünü bildirib.

Almaz Həsənli