İranın Ali Lideri Xameneinin vəziyyəti açıqlanıb
İranın Ali Lideri Müctəba Xameneinin huşsuz olduğu və Qum şəhərində müalicə aldığı bildirilir. Oxuməni.az xəbər verir ki, bu barədə “The Times” qəzeti ABŞ və İsrail kəşfiyyatına əsaslanan sənədə istinadən məlumat verib.
Sənəddə deyilir: "Müctəba Xamenei Qum şəhərində ağır vəziyyətdə müalicə alır və heç bir rejimin qərar qəbuletməsində iştirak edə bilmir".
Martın 12-də “The Sun” qəzeti Müctəba Xameneinin hava hücumunda ağır yaralandığını bildirib. Jurnalistlərin məlumatına görə, İran lideri bir və ya hər iki ayağını itirib və görünür, komadadır.
ABŞ və İsrailin Tehrandakı iqamətgahına endirdiyi zərbələrdən sonra vəfat edən Ayətullah Əli Xameneinin oğlu, 56 yaşlı Müctəba Xamenei İranın yeni Ali Lideri seçilib. Martın 8-də Ekspertlər Məclisi yekdilliklə ömürlük yeni Rəhbər seçib.
Almaz Həsənli




















































































