Artemis II Ayın cazibə sahəsinə daxil olub
Artemis II missiyasının bir hissəsi olaraq Orion kosmik gəmisi Ayın cazibə təsirinə daxil olub. Astronavtlar tezliklə Yer kürəsindən maksimum məsafə rekordunu qıracaqlar. Oxuməni.az xəbər verir ki, bu barədə “DW” NASA-ya istinadən məlumat yayıb.
Ayın cazibə təsir dairəsinə daxil olduğu anda Orion kapsulu Aydan təxminən 63 000 kilometr, Yer kürəsindən isə təxminən 373 kilometr məsafədə idi.
Növbəti saatlarda gəmi Ayın əks tərəfinə yaxınlaşaraq ona təxminən 7,5 min km məsafədə yaxınlaşacaq. Artemis II missiyasının uçuş trayektoriyası Yer və Ay ətrafında səkkiz rəqəminə bənzəyir.
Astronavtlar eyni zamanda Yer kürəsini və Ayı görmək, həmçinin günəş tutulmasını müşahidə etmək imkanı əldə edəcəklər.
Bu, 1972-ci ildən bəri Ayın ətrafına ilk uçuş və insanların Yer kürəsindən ən uzaq uçuşudur.
Xatırladaq ki, Artemis II aprelin 2-si gecə saatlarında Floridadan buraxılıb. Gəmidə dörd astronavtdan ibarət beynəlxalq ekipaj var: komandir Rid Vayzmen, pilot Viktor Qlover, həmçinin Kanada Kosmik Agentliyindən missiya mütəxəssisləri Kristina Kox və Cеrемi Hаnsеn.
ABŞ prezidenti Donald Tramp missiyanın startını Amerika Ay proqramının yenidən doğulmasının simvolu adlandırıb.
Almaz Həsənli


















































































