ABŞ ikinci F-15 pilotunu xilas etmək üçün elit xüsusi təyinatlıları cəlb edib

ABŞ ikinci F-15 pilotunu xilas etmək üçün elit xüsusi təyinatlıları cəlb edib

6 Aprel 10:37
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ hərbçiləri İranda vurulan F-15E qırıcısının ikinci pilotunu xilas etmək əməliyyatında elit xüsusi təyinatlı qüvvələrdən istifadə ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, pilotun axtarışlarında yüzlərlə hərbçi və kəşfiyyat xidmətlərinin əməkdaşları iştirak edib. Onların arasında "Navy Seals" ("Dəniz pişikləri") və "Delta Force" xüsusi təyinatlılarının döyüşçüləri də olub.
Xatırladaq ki, F-15E Strike Eagle təyyarəsi aprelin 3-də İran ərazisi üzərində vurulub. Hər iki pilot katapult edib. Əvvəlcə döyüş maşınının ilk ekipaj üzvü tapılıb.
İkinci pilotu xilas etmək üçün də axtarış əməliyyatı aparılıb. İran hərbçiləri bu missiyada iştirak edən iki "Black Hawk" helikopterini və bir C-130 dəstək təyyarəsini vurduqlarını bildiriblər. Daha sonra İran Silahlı Qüvvələri daha bir C-130-un vurulduğunu açıqlayıb.
Almaz Həsənli