Kütləvi dron hücumundan sonra Kstovo neft emalı zavodunun sənaye zonasında yanğın baş verib

Kütləvi dron hücumundan sonra Kstovo neft emalı zavodunun sənaye zonasında yanğın baş verib

11:18
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiyanın Nijni Novqorod bölgəsində uzunmüddətli və kütləvi dron hücumundan sonra Kstovo neft emalı zavodunun sənaye zonasında yanğın baş verdi. Elektrik kəsintiləri də qeydə alınıb.

5 aprel bazar günü səhəri Rusiyanın Nijni Novqorod bölgəsindəki Kstovo neft emalı zavoduna dron hücumu nəticəsində partlayışlar baş verdi. Hadisə nəticəsində Kstovodakı Lukoil neft emalı zavodunun sənaye zonasında böyük yanğın baş verdi. Ukraynanın OSINT kanalları bu barədə məlumat verdi.

"Kstovo, bütün neft emalı zavodunun sənaye zonası yanır", gecə hücumunun videosunun da yer aldığı mesajda deyilir.

Əziz MUSTAFA