Buker Mükafatı 2026-cı ilin qısa siyahısını elan edib
2026-cı il Beynəlxalq Buker Mükafatına xarici dildə yazılmış, ingilis dilinə tərcümə edilmiş və 2025-ci il mayın 1-dən 2026-cı il aprelin 30-dək Böyük Britaniya və İrlandiya ərazisində nəşr edilmiş kitablar namizəd ola bilər.
Oxuməni.az xəbər verir ki, Buker Mükafatının münsiflər heyəti ötən ilin qısa siyahısını elan edib. Siyahıya Çin, Fransız, Portuqal, Alman və Bolqar dillərindən ingilis dilinə tərcümə edilmiş altı əsər daxil edilib. Qalib may ayında açıqlanacaq.
2026-cı ilin namizədləri:
- Yanq Şuan-Tszı. "Tayvan səyahətnaməsi" — tapılmış yapon yazıçısının mətninin tərcüməsi kimi maskalanmış, Tayvanın sevgisi və müstəmləkə tarixi haqqında roman.
- Mari Ndiaye. "Cadugər" — öz qabiliyyətini daha bacarıqlı qızlarına ötürən orta səviyyəli bir cadugər haqqında hazırcavab hekayə.
- Ana Paula Maya. "Yer üzündə olduğu kimi" — qapalı icmalarda zorakılıq və qəddarlıq haqqında narahatedici mətn.
- Daniel Kelman. "Rejissor" — nasistlərin hakimiyyəti fonunda bir kinorejissorun həyat hekayəsi.
- Rene Karabaş. "Qalan qadın" — andlı bakirə olan bir qız haqqında roman.
- Şida Bazyar. "Tehranda sakit gecələr" — İrandan qaçış və geri qayıtma şəraitində bir ailənin hekayəsi.
50 min funt sterlinq məbləğində mükafat fondu müəllif və tərcüməçi arasında bərabər bölünür. Qısa siyahıya daxil olan hər bir əsər 5000 funt sterlinq mükafatla təltif olunur: 2500 funt müəllifə və 2500 funt tərcüməçiyə.
Müsabiqəyə ümumilikdə 128 kitab təqdim edilmişdi, bunlardan əvvəlcə 13 mövqedən ibarət uzun siyahı, sonra isə son altılıq formalaşdırıldı. Qısa siyahıya Olqa Ravnın "Mum uşağı", Qabriela Kabeson Kamaranın "Biz yaşılıq və titrəyirik", Anyet Danyenin "Xatırlanan əsgər", Matias Enarın "Fərarilər", İya Genberqin "Kiçik təsəlli", Matteo Melkiorrenin "Hersoq" və Şahrnuş Parsipurun "Kişisiz qadınlar" əsərləri daxil edilmədi.
Bu il münsiflər heyətinin sədri britaniyalı yazıçı Nataşa Braundur. Keçən il yazıçı və dramaturq Roddi Doylun rəhbərlik etdiyi münsiflər heyəti "Ət" romanına görə mükafatı yazıçı Devid Saleyə təqdim etmişdi. Kitab maskulinlik, sinfi mənsubiyyət, miqrasiya, travma, seks və güc mövzularını araşdırır.
Qalib 19 may tarixində Londonun Tate Modern Muzeyində keçiriləcək mərasimdə elan ediləcək.
Almaz Həsənli


























.jpg)





































.jpg)
.jpg)


















