ABŞ İrana görə 400 Tomahawk raketi tədarükündə gecikmə barədə Yaponiyaya məlumat verib
ABŞ rəsmiləri Yaponiyaya bildiriblər ki, İranla qarşıdurma zamanı ehtiyatlarının tükənməsi səbəbindən 2028-ci ilin martına qədər 400 Tomahawk qanadlı raketi tədarük edə bilməyəcəklər. Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, hazırda Vaşinqton üçün prioritet Yaxın Şərqdir, burada ABŞ ordusu İrana zərbələr zamanı yüzlərlə Tomahawk raketi istifadə edib. 2025-ci ildə təxminən 100 yeni raket istehsal olunub, daha təxminən 240-ı isə müasir səviyyəyə qədər modernləşdirilib. Agentliklə söhbət edənlərin sözlərinə görə, ABŞ İranda iki illik istehsal və modernləşdirmə dövründə ordunun aldığı raketlərdən daha çoxunu artıq xərcləyib.
Agentliklə söhbət edənlər iddia edirlər ki, Yaponiyanın müdafiə naziri Şincirō Koidzumi və Pentqon rəhbəri Pit Hegset mart ayında telefon danışığı zamanı Tomahawk tədarükünü artıq müzakirə ediblər. Koidzumi həmin ay bildirmişdi ki, raketlərin ilk partiyası artıq ölkəyə çatıb. Agentliyin məlumatına görə, təxminən 2,4 milyard dollarlıq tədarük müqaviləsini tərəflər 2024-cü ildə imzalayıblar. Bu, istehsalçı üçün digər dövlətdən alınan ən böyük sifarişlərdən biri olub.
Almaz Həsənli








































































.jpg)











