İran ABŞ-ın "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə zərbə endirib

İran ABŞ-ın "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə zərbə endirib

3 Aprel 12:46
Bəyəndim (2) Bəyənmədim (0)


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Press TV” SEPAH-ın mətbuat xidmətinə istinadən məlumat verib.
Xəbərdə bildirilir ki, USS "Abraham Linkoln" təyyarədaşıyan gəmisinin zərbə qrupuna Hind okeanının şimalında dörd "Qədr-380" qanadlı raketi hücum edib.
SEPAH həmçinin ABŞ qırıcı pilotları və uçuş mühəndislərinin BƏƏ-dəki bazanın yaxınlığında gizli görüşünə zərbə endirdiyini iddia edib.
1 apreldə İranın ABŞ-ın "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə dronlar atdığı və gəminin yerləşmə yerini dəyişdirməyə məcbur etdiyi bildirilib.
Daha əvvəl SEPAH-ın komandan müavini general Əli Fədəvi Fars körfəzində Amerika təyyarədaşıyan gəmilərinin olmadığını, onların İslam Respublikası sahillərindən 1000 kilometr geri çəkildiyini bildirmişdi.
Almaz Həsənli