Heqset ABŞ Ordusunun Baş Qərargah rəisindən dərhal istefa verməsini istəyib
ABŞ Müdafiə Naziri Pit Hegseth ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcdan "dərhal vəzifəsindən ayrılıb istefa verməsini" istəyib. Bu barədə CBS məlumat verib.
Mənbələrinə görə, Heqset "bu vəzifədə ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbəri tərəfindən düzgün hesab edilən Quru Qoşunlarının inkişaf konsepsiyasını həyata keçirəcək bir şəxs görmək istəyir". Nəşrdə qeyd edildiyi kimi, ABŞ Ordusunun Baş Qərargah rəisi vəzifəsinə namizədlərdən biri çox güman ki, general Kristofer Laniv olacaq. O, hazırda Corcun müavinidir və əvvəllər Heqsetin köməkçisi olub.
2025-ci ilin yanvar ayında vəzifəyə başlayandan bəri Heqset , Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsinin keçmiş sədri Çarlz Braun da daxil olmaqla bir neçə generalın vəzifədən azad edilməsini əmr edib. Aprel ayında Pentaqonun keçmiş mətbuat katibi Con Elliott, Politico jurnalında dərc olunmuş məqaləsində nazirliyin qismən işdən çıxarılmalardan qaynaqlanan "tam xaos" içində olduğunu iddia etmişdi.
Əziz MUSTAFA















.jpg)
































.jpg)
.jpg)


































