Türkiyə Montrö Konvensiyası məsələsində güzəştə getməyəcəyini bəyan edib
Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin edilməsi tədbirləri çərçivəsində boğazlar haqqında Montrö Konvensiyasının tətbiqi məsələsində güzəştə getməyəcək. Oxuməni.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin nümayəndəsi Ankarada jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Türkiyənin Qara dənizlə bağlı fundamental strategiyası ondan ibarətdir ki, Qara dəniz dövlətlərinin regional məsuliyyəti prinsipi ilə Montrö Konvensiyası arasında güzəştdən söhbət gedə bilməz. Türkiyənin Qara dənizlə bağlı təhlükəsizlik anlayışı konvensiya ilə təmin edilən balansın və sabitliyin qorunmasına, həmçinin Qara dənizə sahili olan dövlətlərin aparıcı roluna əsaslanır. Məhz bu yanaşma sayəsində Qara dəniz bu gün genişmiqyaslı münaqişə zonasına çevrilməyib", - nazirlikdən qeyd edilib.
Müdafiə Nazirliyi xatırladıb ki, Ukrayna böhranının əvvəlindən "Türkiyə konvensiyanın müddəalarını qətiyyətlə tətbiq edərək, münaqişənin dəniz ərazisinə yayılmasının qarşısını alıb". "Qara dənizdə artan geosiyasi rəqabətə və təhlükəsizlik risklərinə baxmayaraq, ölkəmiz regionda sabitliyin qorunması, gərginliyin artmasının qarşısının alınması və təhlükəsizliyin ilk növbədə sahil dövlətlərinin qüvvələri tərəfindən təmin edilməsi məsələlərində öz mövqeyini saxlayır. Bu baxımdan, Türkiyə Qara dənizin rəqabət meydanına çevrilməsinin qarşısını almaq üçün təşəbbüslər irəli sürməyə davam edir və regional təhlükəsizlik arxitekturasının qorunmasında fəal rol oynayır", - nazirlikdən bildirilib.
Almaz Həsənli


































.jpg)
.jpg)
















































