İlk partiya hazırdır: Ukrayna yeni Linza dronlarını alır

İlk partiya hazırdır: Ukrayna yeni Linza dronlarını alır

12:23
Bəyəndim (1) Bəyənmədim (0)

Quantum Frontline Industries şirkətinin idarəedici direktoru Matthias Lehna şirkətin Ukrayna Silahlı Qüvvələri üçün ilk dron partiyasını tamamladığını və seriyalı istehsalı artırmağa doğru irəlilədiyini açıqladı. Bu barədə Oxuməni.az Defender Media nəşrinə istinadən məlumat verib.

Almaniya-Ukrayna birgə müəssisəsi Quantum Frontline Industries Ukrayna ordusuna təhvil veriləcək ilk dron partiyasının istehsalını başa çatdırıb.

Şirkət qeyd edir ki, bu mərhələ istehsal prosesinin qurulmasının başa çatması və ikitərəfli əməkdaşlıq çərçivəsində sabit seriyalı istehsalın başlanğıcıdır.
Əziz MUSTAFA