Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

1 Aprel 16:07
Bəyəndim (2) Bəyənmədim (0)


Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 161 nəfərdir.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatında məlumat verilib.
Məlumata görə, saxlanılan Azərbaycan vətəndaşlarının 53-ü təqsirləndirilən şəxslərdir. Onlardan 49-u kişi, 4-ü isə qadındır. Digər 108 nəfər isə məhkumdur ki, onların da 94-ü kişi, 14-ü qadındır.
Bununla yanaşı, Gürcüstanda 77 nəfər Azərbaycan vətəndaşı probasiya nəzarəti altındadır.
Qeyd edək ki, ümumilikdə ölkədə 63 müxtəlif ölkənin 1 659 vətəndaşı həbs cəzası çəkir. Bu siyahıda Türkiyə (539 nəfər) və Rusiya (189 nəfər) vətəndaşları ilk sıralarda yer alır. Eyni zamanda, probasiya nəzarətində 47 ölkədən olan 670 nəfər saxlanılır.
Almaz Həsənli