Paşinyan Moskvaya səfərindən əvvəl sosial mediada sirli bir video paylaşıb

Paşinyan Moskvaya səfərindən əvvəl sosial mediada sirli bir video paylaşıb

13:39
Bəyəndim (2) Bəyənmədim (0)


Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Moskvaya səfəri ərəfəsində sosial şəbəkələrdə yeni video yayımlayıb. Siyasətçi paylaşımı belə adlandırıb: "18+3+3 dinləmə deyil".
Oxuməni.az xəbər verir ki, videoda Ermənistan baş naziri mobil telefonla danışığı canlandırır.
"Yox, qardaş, bu üçlüyü sənə verə bilmərəm, düzünü desəm, çünki bu üçlüyü xalqa verməyə qərar vermişəm. Bəs o digər üçlüyü? O digər üçlüyü də, düzünü desəm, xalqa verməyə qərar vermişəm", - deyə Paşinyan videoda bildirib.
Siyasətçinin sözlərinə görə, qalan 18 nəfər də "xalqa verilib" və "onlar biletlərlə gedirlər". Paşinyan öz sözlərinin nə demək olduğunu izah etməyib.
Sosial şəbəkə istifadəçiləri belə bir videoçarxın Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar yayımlandığını ehtimal ediblər.
Öncəki gün Kremlin verdiyi məlumata görə, Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Moskvada keçiriləcək görüşdə Rusiya-Ermənistan münasibətlərinin cari vəziyyətini, eləcə də Avrasiya məkanında strateji tərəfdaşlığı və inteqrasiya əməkdaşlığını müzakirə etməyi planlaşdırırlar. Bundan əlavə, Putin və Paşinyan regional gündəlik məsələlərinə, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafına toxunacaqlar.
Almaz Həsənli