NASA yarım əsrdən sonra Aya ilk pilotlu gəmini – “Artemis-2” missiyasını göndərir

NASA yarım əsrdən sonra Aya ilk pilotlu gəmini – “Artemis-2” missiyasını göndərir

13:24
Bəyəndim (2) Bəyənmədim (0)


NASA 50 ildən çox müddətdə ilk pilotlu Ay missiyasına hazırlaşır. “Artemis-2” proqramı çərçivəsində astronavtlar Yer kürəsinin peykinə yola düşəcək, onu dövrə vuracaq və Yerə qayıdacaqlar. Bu barədə Oxuməni.az “BBC” rus xidmətinə istinadla xəbər verir.
Buraxılışın Kanaveral burnundakı (Florida ştatı, ABŞ) kosmodromdan həyata keçirilməsi planlaşdırılır. Əgər hava şəraiti – buludlar və ya güclü külək (yaxud texniki nasazlıqlar) mane olmasa – “Orion” gəmisi ilə nəhəng Space Launch System raketi aprelin 1-i yerli vaxtla saat 18:24-də (Bakı vaxtı ilə cümə axşamı saat 02:24-də) start götürəcək.
Ekipaj dörd nəfərdən ibarətdir: ABŞ-dan üç astronavt və Kanadadan bir nümayəndə.
Uçuş təxminən 10 gün davam edəcək, bu missiyada Aya eniş olmayacaq. Lakin NASA 2028-ci ilə qədər Ayın səthinə enişlə bir missiya göndərməyi, gələcəkdə isə orada daimi baza qurmağı planlaşdırır.
ABŞ-ın Ay proqramına qayıtması təkcə elmi vəzifələrlə bağlı deyil. Son illərdə kosmosda, o cümlədən Aya öz missiyalarını planlaşdıran Çin tərəfindən rəqabət güclənib.
Bundan əlavə, alimlər peyki potensial resurs mənbəyi kimi nəzərdən keçirirlər: nadir metallardan tutmuş gələcəyin energetikasında istifadə oluna biləcək helium-3-ə qədər.
Bundan əlavə, uzunmüddətli perspektivdə “Artemis” daha iddialı bir məqsədə, yəni insanı Marsa göndərməyə hazırlıq kimi də nəzərdən keçirilir.
Almaz Həsənli