Məhkəmə iki əkiz cütlüyü arasında uşağın atasını müəyyən edə bilmədi
Bir qadın eyni əkizlərdən hamilə qaldı və indi həkimlər eyni DNT-yə görə atanı müəyyən edə bilmirlər.
Uşağın qanuni atalığı qeyri-müəyyən olaraq qalır və məhkəmə əlavə elmi və ya məhkəmə qərarları qəbul edilənə qədər hər iki əkizin bioloji ata ola biləcəyini qəbul edir. Böyük Britaniyanın London şəhərindəki Apelyasiya Məhkəməsi qərar verdi ki, hazırda iki eyni əkizdən hansının uşağın bioloji atası olduğunu müəyyən etmək mümkün deyil. Ana hamiləlik dövründə hər iki qardaşla bir neçə gün cinsi əlaqədə olub və hazırkı DNT testi onların genetik quruluşunu ayırd edə bilmir, DEXERTO xəbər verir.
İddia ana və qardaşlardan biri tərəfindən doğum haqqında şəhadətnamədə digər əkizin ata kimi qeyd olunmasına etiraz edilərək qaldırılıb. Məhkəmə qərara alıb ki, hazırda atanı müəyyən etmək qanuni olaraq mümkün deyil və şəhadətnamədə göstərilən kişinin atalıq hüquqları müvəqqəti olaraq dayandırılıb.
Hakim Endryu Makfarleyn yazılı qərarında qeyd edib: "Uşaq üçün həqiqət ikili xarakter daşıyır, tək bir kişiyə bağlı deyil."
O əlavə edib ki, gələcək elmi nailiyyətlər atalığın müəyyən edilməsinə kömək edə bilər, lakin bu cür testlər hazırda çox bahadır.
Əziz MUSTAFA




















































































