Dubay limanında Küveyt neft tankerinə hücum edilib

Dubay limanında Küveyt neft tankerinə hücum edilib

11:54
Bəyəndim (2) Bəyənmədim (0)


Birləşmiş Ərəb Əmirliklərinin sahillərində, Dubaydan təxminən 57 km aralıda, naməlum mərminin düşməsi nəticəsində tankerdə yanğın baş verib. Oxuməni.az xəbər verir ki,Bu barədə çərşənbə axşamı gecə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) öz saytında məlumat verib. Söhbət Küveytin "Al-Salmi" tankerindən gedir, bu barədə KUNA dövlət agentliyi dəqiqləşdirib.
UKMTO-nun nəşrində qeyd olunur ki, "naməlum mərmi tankerin sağ tərəfinə düşərək gəmidə yanğına səbəb olub". "Ekipaj təhlükəsizdir. Ətraf mühitə heç bir təsir qeydə alınmayıb", - nəşrdə göstərilir. Dubay hakimiyyətinin məlumatına görə, gəmidəki yanğını söndürmək mümkün olub. Onlar həmçinin bildiriblər ki, tankerə dronla zərbə endirilib.
Küveytin KUNA agentliyi dəqiqləşdirir ki, İran tərəfindən təşkil edilən hücum zamanı gəmi "tam yüklü" olub və lövbərdə dayanıb. Gəminin maksimal tutumu təxminən 320 min ton neftdir. Agentlik əlavə edib ki, "birbaşa və qəsdli" hücum gövdəyə ziyan vurub və "neft sızması riskini yaradıb".
Almaz Həsənli