Çin KXDR-in paytaxtı Pxenyan ilə birbaşa hava əlaqəsini bərpa etdi
Çinin dövlət aviaşirkəti Air China, dəmir yolu ilə sərnişin daşımalarının bərpasından qısa müddət sonra Pekin və Şimali Koreyanın paytaxtı Pxenyan arasında birbaşa uçuşları bərpa etdi. Oxuməni.az “The Associated Press”-in məlumatına istinadla xəbər verir ki, təyyarə və qatarlarla sərnişin daşımaları 2020-ci ildə koronavirus pandemiyasının əvvəlində dayandırılmışdı.
Çinin KXDR-dəki səfiri Van Yatszyun və digər diplomatlar ilk reysin gəlişini alqışladılar. Çindən Şimali Koreyaya sərnişin qatarları ilə daşımalar martın 12-də bərpa edilib.
Eyni zamanda, Şimali Koreya aviaşirkəti Air Koryo 2023-cü ildə ölkələrin paytaxtları arasında uçuşları bərpa edib.
Şimali Koreya pandemiya zamanı bütün xarici turistlərin girişini qadağan etmişdi, lakin 2024-cü ildə Rusiya turist qrupunun gəlişindən sonra məhdudiyyətləri yumşaltmağa başladı.
Çin turist qrupları bu qadağadan əvvəl Şimali Koreyaya gələn bütün ziyarətçilərin 90%-ni təşkil edirdi və Çin turistlərinin gəlişinin bərpasında gecikmə müşahidəçiləri təəccübləndirdi.
Çin Pxenyanın ən böyük ticarət tərəfdaşı və əsas müttəfiqidir, lakin Pekin illərdir Şimali Koreyanın Cənubi Koreya və ABŞ-ı hədəf almaq üçün istifadə edilə bilən raket sınaqlarına etirazını bildirib.
Məlumdur ki, pandemiyadan əvvəl ölkələr arasında uçuşları Çin aviaşirkətləri, xüsusilə Air China, China Southern və China Eastern həyata keçirirdi.
Almaz Həsənli







































































.jpg)

.jpg)








